...

Parisdə Suriyaya dair nazirlərin görüşü keçiriləcək

Dünya xəbərləri Materials 10 Dekabr 2016 05:25 (UTC +04:00)
Dekabrın 10-da Parisdə Suriyada münaqişənin siyasi həllini dəstəkləyən ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Parisdə Suriyaya dair nazirlərin görüşü keçiriləcək

Bakı. Trend:

Dekabrın 10-da Parisdə Suriyada münaqişənin siyasi həllini dəstəkləyən ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Fransa XİN-də keçiriləcək görüşdə Fransadan Jan-Mark Eyro, Almaniyadan- Frank-Valter Ştaynmayer, ABŞ-dan - Con Kerri, Qətərdən - Muhammad bin Abdurrahman bin Casim Al Tani, Böyük Britaniyadan - Boris Conson və Türkiyədən - Mövlüd Çavuşoğlu iştirak edəcəklər.

Həmçinin görüşdə Səudiyyə Ərəbistanın, BƏƏ-nin, İtaliyanın və İordaniyanın nümayəndələrinin iştirakı da nəzərdə tutulub.

Gözlənilir ki, görüşə Avropa diplomatiyasının rəhbəri Federika Moqerinidə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti