...

"Qara qutu"lar artıq Moskvada

Dünya xəbərləri Materials 19 Yanvar 2017 09:16 (UTC +04:00)
Yanvarın 16-da Bişkek yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747" yük təyyarəsinin "qara qutu"ları artıq tədqiq olunmaq üçün Moskvadadır.
"Qara qutu"lar artıq Moskvada

Bakı. Trend:

Yanvarın 16-da Bişkek yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747" yük təyyarəsinin "qara qutu"ları artıq tədqiq olunmaq üçün Moskvadadır. Trend-in məlumatına görə, bu barədə Qırğızıstan FHN-in mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, yanvarın 16-da səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində 4 ekipaj üzvü və qəsəbə sakinləri də daxil omaqla 40-a yaxın nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti