...

Belarusa vizasız gediş başladı

Dünya xəbərləri Materials 13 Fevral 2017 10:38 (UTC +04:00)
Belarusda 5 günlük vizasız rejim işə düşüb.
Belarusa vizasız gediş başladı

Bakı. Trend:

Belarusda 5 günlük vizasız rejim işə düşüb.

Trend-in məlumatına görə, fevralın 12-dən Avropa ölkələri, həmçinin ABŞ, Yaponiya, Braziliya və İndoneziya vətəndaşları əlavə icazə almadan ölkəyə gələ bilərlər.

Əcnəbilər Belarusa yalnız Minks hava limanından vizasız gələ bilərlər. Bunun üçün turistlərin pasport və ya onu əvəzləyən sənədi olmalıdır.

Qeyd edək ki, ümumilikdə vizasız rejim 80 ölkənin vətəndaşlarına aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti