...

Pens: NATO ölkələri ilin sonuna qədər müdafiə xərclərini yüksəltməlidir

Dünya xəbərləri Materials 21 Fevral 2017 07:30 (UTC +04:00)
ABŞ-ın vitse-prezidenti Mayk Pens xəbərdarlıq edib ki, NATO ölkələri üzərlərinə götürülmüş öhdəliklərə riayət etmək üçün müdafiə xərclərini artırmalıdır
Pens: NATO ölkələri ilin sonuna qədər müdafiə xərclərini yüksəltməlidir

Bakı. Trend:

ABŞ-ın vitse-prezidenti Mayk Pens xəbərdarlıq edib ki, NATO ölkələri üzərlərinə götürülmüş öhdəliklərə riayət etmək üçün müdafiə xərclərini artırmalıdır.

Trend-in "BBC"yə istinadən verdiyi məlumata görə, Brüsseldə çıxış edərək bəyan edib ki, əgər NATO ölkələri müdafiəyə xərclərin yükünü ABŞ ilə bölməyəcəksə amerika xalqı səbirini itirə bilər.

Pens əlavə edib ki: "Prezident 2017-ci ilin sonuna əsl irəliləməni gözləyir".

Vitse-prezident həmçinin qeyd edib ki, ABŞ əvvəlki kimi Avropa İttifaqı ilə əməkdaşlığa və partnyorluğa sadiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti