...

Niderland polisi türkiyəli nazirin avtomobilini saxlayıb

Dünya xəbərləri Materials 12 Mart 2017 01:08 (UTC +04:00)
Niderland polisi Roterdamda Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilini saxlayıb
Niderland polisi türkiyəli nazirin avtomobilini saxlayıb

Bakı. Trend:

Niderland polisi Roterdamda Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilini saxlayıb.

Trend-in məlumatına görə, bir qədər əvvəl Türkiyə XİN rəhbərinin təyyarəsinin Roterdamda enişinə icazə verilmədiyinə görə, Kaya Almaniyadan Niderlanda avtomobil vasitəsilə gedib.

Qeyd edək ki, bu gün Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı.

Ərdoğan bu hərəkəti edən Niderland hökumətini faşist adlandırıb: " İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək".

Çavuşoğlu isə Niderlanda qarşı ciddi sanksiyalar tətbiq ediləcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti