...

Ermənistanda seçkilər: 1700 qanun pozuntusu qeydə alınıb (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 2 Aprel 2017 19:44 (UTC +04:00)
Ermənistanda seçkiləri izləyən müstəqil müşahidəçilər 1700 qanun pozuntusunu aşkar ediblər
Ermənistanda seçkilər: 1700 qanun pozuntusu qeydə alınıb (YENİLƏNİB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:53-də yayılıb)

Bakı. Trend:

Ermənistanda seçkiləri izləyən müstəqil müşahidəçilər 1700 qanun pozuntusunu aşkar ediblər.

Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, 1032 qanun pozuntusu seçki prosesi ilə bağlıdır.

X X X

19:29

Beynəlxalq müşahidəçilər Atom Eqoyan və Erik Nazaryan Ermənistanda keçirilən parlament seçkilərində qanun pozuntularını qeydə alıblar.

Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, beynəlxalq müşahidəçilər seçki keçirilən rayonların birində hətta xaos hökm sürdüyünü bildiriblər.

X X X

16:31

Ermənistanda seçkiləri izləyən müstəqil müşahidəçilər yeni 681 qanun pozuntusunu aşkar ediblər.

Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, müşahidəçilər barmaq izlərini müəyyən edən avadanlığın 98 halda işləmədiyini bildiriblər.

Həmçinin 77 açıq səsvermə hadisəsi, 38 səsvermə sirrinin pozulması halı, 38 başqa insanların yerinə səsvermə halı və 37 müşahidəçilərin hüquqlarının pozulması halı qeydə alınıb.

X X X

13:53

Müstəqil müşahidəçilər Ermənistanda seçkilərə hazırlıq zamanı 162 qanun pozuntusu aşkar ediblər.

Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, 17 məntəqədə sesvermə gecikmə ilə başlayıb, sesvermə keçirilən 15 otaq səhv təchiz olunub, 18 məntəqədə texniki problem yaranıb, 18 məntəqədə isə seçkinin məxfi şəratində keçirilməsinə əməl olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti