...

Əfqanıstanın şimalında terror aktı törədilib: 9 ölü

Dünya xəbərləri Materials 9 Aprel 2017 14:36 (UTC +04:00)
Əfqanıstanın şimalında Bəlx vilayətində Çemtal rayonunda terror aktı törədilib
Əfqanıstanın şimalında terror aktı törədilib: 9 ölü

Bakı. Trend:

Əfqanıstanın şimalında Bəlx vilayətində Çemtal rayonunda terror aktı törədilib.

Trend-in Anadolu-ya istinadən verdiyi məumata əsasən, partlayış nəticəsində 9 nəfər polis əməkdaşı həlak olub və dördü xəsarət alıb.

Partlayıcı qurğu polis əməkdaşlarının hərəkət yolunda işə salınıb.

Eyni zamanda "Taliban" hərəkatı terror aktı nəticəsində 13 polisin həlak olduğunu və ikisinin yaralandığı haqda xəbər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti