...

Makron və Le Pen Fransada prezident seçkilərinin 2-ci turuna adlayıblar (YENİLƏNİB-6)

Dünya xəbərləri Materials 24 Aprel 2017 07:18 (UTC +04:00)
"İrəli" hərəkatının banisi Emmanuel Makron 23,75 faiz səslə və "Milli cəbhə" partiyasının sədri Marin Le Pen 21,53 faiz səslə Fransada prezident seçkilərinin 2-ci turuna adlayıblar
Makron və Le Pen Fransada prezident seçkilərinin 2-ci turuna adlayıblar (YENİLƏNİB-6)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 22:25-də yayılıb)

Bakı. Trend:

"İrəli" hərəkatının banisi Emmanuel Makron 23,75 faiz səslə və "Milli cəbhə" partiyasının sədri Marin Le Pen 21,53 faiz səslə Fransada prezident seçkilərinin 2-ci turuna adlayıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "Respublikaçılar" partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon 19,91 faiz və "Təslim olmamış Fransa" hərəkatının lideri Jan-Lyuk Melanşon 19,64 faiz səs toplayaraq seçkilərin 2-ci turuna keçə bilməyiblər.

Qeyd edək ki, Fransada prezident seçkilərinin 2-ci turu may ayının 7-si keçiriləcək.

XXX

05:01

"İrəli" hərəkatının banisi Emmanuel Makron Fransada prezident seçkilərində səslərin 97 faizinin hesablanmasından sonra liderdir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Emmanuel Makron səslərin 97 faizinin hesablanmasından sonra 23,86 faiz səs toplayıb. "Milli cəbhə" partiyasının sədri Marin Le Pen isə 21,90 faiz.

Qeyd edək ki, "Respublikaçılar" partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon 19,95 faiz və "Təslim olmamış Fransa" hərəkatının lideri Jan-Lyuk Melanşon 19,61 faiz səs toplayaraq seçkilərin 2-ci turuna keçə bilməyiblər.

XXX

02:17

"İrəli" hərəkatının banisi Emmanuel Makron Fransada prezident seçkilərində səslərin 90 faizinin hesablanmasından sonra liderdir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Emmanuel Makron səslərin 90 faizinin hesablanmasından sonra 23,72 faiz səs toplayıb. "Milli cəbhə" partiyasının sədri Marin Le Pen - 21,90 faiz, "Respublikaçılar" partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon - 19,92 faiz səs toplaya biliblər.

XXX

00:45

"İrəli" hərəkatının banisi Emmanuel Makron Fransada prezident seçkilərində səslərin 60 faizinin hesablanmasından sonra liderdir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, səslərin 60 faizinin hesablanmasından sonra Emmanuel Makron "Milli cəbhə" partiyasının sədri Marin Le Peni keçib.

XXX

00:05

"Milli cəbhə" partiyasının sədri Marin Le Pen Fransada prezident seçkilərində səslərin 50 faizinin hesablanmasından sonra liderdir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Marin Le Pen səslərin 50 faizinin hesablanmasından sonra 24,1 faiz səs toplayıb. "İrəli" hərəkatının banisi Emmanuel Makron - 22,44 faiz, "Respublikaçılar" partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon - 19,57 faiz səs toplaya biliblər.

XXX

23:30

"Milli cəbhə" partiyasının sədri Marin Le Pen Fransada prezident seçkilərində səslərin 30 faizinin hesablanmasından sonra liderdir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Marin Le Pen səslərin 30 faizinin hesablanmasından sonra 24,78 faiz səs toplayıb. "İrəli" hərəkatının banisi Emmanuel Makron - 21,75 faiz, "Respublikaçılar" partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon - 19,65 faiz səs toplaya biliblər.

XXX

22:25

"Milli cəbhə" partiyasının sədri Marin Le Pen və "İrəli" hərəkatının banisi Emmanuel Makron Fransada prezident seçkilərinin ilk turunda liderlik edirlər. "Respublikaçılar" partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon isə bir qədər geri qalır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin ilk rəsmi məlumatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti