...

Almaniyada 70 kiloluq bomba zərərsizləşdirilib

Dünya xəbərləri Materials 13 May 2017 04:18 (UTC +04:00)
Almaniyanın Heretsrid şəhərində İkinci Dünya müharibəsindən qalan 70 kiloluq bombanı zərərsizləşdiriblər
Almaniyada 70 kiloluq bomba zərərsizləşdirilib

Bakı. Trend:

Almaniyanın Heretsrid şəhərində İkinci Dünya müharibəsindən qalan 70 kiloluq bombanı zərərsizləşdiriblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bombanı ekskavator sürücüsü torpağı qazarkən tapıb və dərhal polis əməkdaşlarına xəbər verib. Bombanın zərərsizləşdirilməsi 19 saat çəkib.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayında belə bir əməliyyat Almaniyanın Auqsburq şəhərində baş tutmuşdu və bu səbəbdən 54 min insan təxliyə edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti