...

Mançester terrorçusu - 23 yaşlı şəxs saxlanıldı

Dünya xəbərləri Materials 23 May 2017 15:20 (UTC +04:00)
"Mançester Arena" stadionunda terror aktını törətməkdə şübhəli biklinən şəxs saxlanılıb.
Mançester terrorçusu - 23 yaşlı şəxs saxlanıldı

Bakı. Trend:

"Mançester Arena" stadionunda terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Böyük Mançester Qraflığının polisindən verilən məlumatda qeyd olunub.

Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən 23 yaşlı şəxs aparılan reyd nəticəsində saxlanılıb.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox adam xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti