...

Türkiyə prezidenti Qətərin təcrid olunmasını pisləyib

Dünya xəbərləri Materials 7 İyun 2017 02:07 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin ətrafında yaranan siyasi qalmaqalı şərh edib
Türkiyə prezidenti Qətərin təcrid olunmasını pisləyib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin ətrafında yaranan siyasi qalmaqalı şərh edib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti ərəb ölkələrinin Qətərə qarşı göstərdiyi münasibəti pisləyib və tərəfləri dialoqa çağırıb.

Ərdoğan bildirib ki, baş verən hadisələr regiondakı bütün ölkələrə ziyan vuracaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.

Xəbər lenti

Xəbər lenti