...

Əhmədinejad Qəddafini xalqın istəkləri ilə razılaşmağa çağırıb

Dünya xəbərləri Materials 23 Fevral 2011 13:59 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Liviyada baş verən hadisələrə münasibət bildirib. O, Müəmmər Qəddafini xalqın istəkləri ilə razılaşmağa çağırıb.
Əhmədinejad Qəddafini xalqın istəkləri ilə razılaşmağa çağırıb

İran Prezidenti Mahmud Əhmədinejad Liviyada baş verən hadisələrə münasibət bildirib. O, Müəmmər Qəddafini xalqın istəkləri ilə razılaşmağa çağırıb. Bu barədə Trend İranın FARS agentliyinə istinadən məlumat verir.

"Bəzi yerlərlərdə çox çirkin işlər görülür. Necə ola bilər ki, bir şəxs öz xalqını gülləbaran eləsin?", - Əhmədinejad deyib.

O, Liviya rəhbərliyinə xalqın istəkləri ilə razılaşmağı, xalqa qulaq asmağı və onun yanında olmağı məsləhət görüb.

Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər əl-Qəddafinin istefası ilə bağlı aksiyalar fevralın 15-dən davam edir. Qeyri-rəsmi Məlumatlara görə, bu günlər ərzində nümayişçilərin qanun keşikçiləri ilə toqquşmaları nəticəsində azı 500 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti