...

"Real" azarkeşləri klub prezidentini istefaya çağırırlar

Dünya xəbərləri Materials 15 Sentyabr 2014 12:51 (UTC +04:00)
"Real"ın azarkeşləri klubun prezidenti Florentino Peresi öz postunu tərk etməyə çağırıblar. Trend xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi “Sport.es”ə istinadən məlumat yayıb.
"Real" azarkeşləri klub prezidentini istefaya çağırırlar

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

"Real"ın azarkeşləri klubun prezidenti Florentino Peresi öz postunu tərk etməyə çağırıblar. Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "Sport.es"ə istinadən məlumat yayıb.

İspaniya çempionatının üçüncü turunda "Atletiko" ilə (1:2) oyun zamanı "Kral klubu"nun azarkeşləri Peresi vəzifəsindən getməyə çağıraraq onun ünvanına şüarlar səsləndirməyə başlayıblar. Oyundan sonra azarkeşlər daha bir neçə dəfə öz tələblərini təkrarlayıblar.

Fanatlar Madrid derbisindəki məğlubiyyətdə məhz Peresi günahlandırırlar.

Yeni mövsümdə "Real" üç oyuna cəmi üç xal toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti