...

Azad Rəhimov: Azərbaycanda baş verən hadisələr bütün dünya mətbuatının diqqət mərkəzindədir

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 12:13 (UTC +04:00)
"İstər I Avropa Oyunları başlamamışdan əvvəl, istərsə də son 2 həftədə yarışların həm dünya mətbuatında, həm də Avropa ölkələrində işıqlandırılması və yayımlanması Azərbaycan haqqında müsbət fikirlərin və ismarıcların formalaşmasına kömək edib".
Azad Rəhimov: Azərbaycanda baş verən hadisələr bütün dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

"İstər I Avropa Oyunları başlamamışdan əvvəl, istərsə də son 2 həftədə yarışların həm dünya mətbuatında, həm də Avropa ölkələrində işıqlandırılması və yayımlanması Azərbaycan haqqında müsbət fikirlərin və ismarıcların formalaşmasına kömək edib".

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Azərbaycanda baş verən hadisələr bütün dünya mətbuatının diqqət mərkəzindədir: "Bu, bir tərəfdən pis, digər tərəfdən isə yaxşı xəbərdir. İkili standartlar hələ də mövcuddur. Lakin dünyada bu sahədə hansısa ciddi dəyişiklik baş verəcəyinə inanmıram".

A.Rəhimov bildirib ki, yaxın müddətdə II Avropa Oyunlarına ev sahibliyi edə biləcək şəhərlərin adları da bilinəcək: "Patrik Hikki bu günlərdə II Avropa Oyunlarına ev sahiblik etməyi nəzərdə tutan 7-8 şəhərin olduğunu demişdi. Lakin şəhərlərin adları hələlik dəqiq məlum deyil. Şəhərlərin adını yanlız Avropa Olimpiya Komitəsi açıqlamalıdır. Bunu hələ Hikki ilə müzakirə etməmişəm. Ancaq istənilən halda qərb və ya şərq şəhərləri məsələsi heç vaxt prioritet olmayıb. Əsas prioritet odur ki, yeni şəhərlər olsun və orada idman inkişaf etsin, eyni zamanda, həmin şəhər və regionlarda idmanın təşviqinə, inkişafına töhfə verilsin. Yəni bu məsələdə şərq və ya qərb ölkəsi bölgüsü aparılmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti