...

TÜRKSOY rəhbəri Trend-in reportyorunu diplomla mükafatlandırdı (FOTO)

Mədəniyyət Materials 12 İyul 2011 17:23 (UTC +04:00)
Bu mötəbər musiqi bayramını işıqlandırmaqdan ötrü Trend-in reportyoru Şahin Cavadsoy Silifkeyə ezam olunmuşdu.
TÜRKSOY rəhbəri Trend-in reportyorunu diplomla mükafatlandırdı (FOTO)

Türkiyə, Mersin, 12 iyul /Trend, müxbir V.İmanov/

Məlum olduğu kimi, iyulun 1-dən 7-dək Türkiyənin Mersin şəhərinin Silifke rayonunda TÜRKSOY-un və yerli bələdiyyənin təşkilatçılığı ilə türkdilli dövlətlərin 38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsi keçirilmişdi. Bu mötəbər musiqi bayramını işıqlandırmaqdan ötrü Trend-in reportyoru Şahin Cavadsoy Silifkeyə ezam olunmuşdu.

Festival çərçivəsində ən maraqlı məqamlar haqqında reportajlarını oxucularımıza təqdim edən əməkdaşımızın zəhməti də yerdə qalmadı. TÜRKSOY-un fəxri diplomu ilə mükafatlandırılan Cavadsoya TÜRKSOY-un "Təşəkkürnamə"sini qurumun sədri Düsen Kaseinovun şəxsən özü təqdim etdi.

Xəbər lenti

Xəbər lenti