...

Toy mərasimi küsülü müğənniləri bir araya gətirəcək

Mədəniyyət Materials 29 İyul 2011 17:30 (UTC +04:00)
29 iyul tarixində Azərbaycan bölgələrinin birində tanınmış iş adamının övladının toy mərasimi keçiriləcək. Toy sahibinin kimliyini yox, məclisə dəvət alan müğənnilərin adlarını eşitdikdə təəccüblənməmək mümkün deyil.
Toy mərasimi küsülü müğənniləri bir araya gətirəcək

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Ş.Cavadsoy/

29 iyul tarixində Azərbaycan bölgələrinin birində tanınmış iş adamının övladının toy mərasimi keçiriləcək. Toy sahibinin kimliyini yox, məclisə dəvət alan müğənnilərin adlarını eşitdikdə təəccüblənməmək mümkün deyil. Trend-ə etibarlı mənbədən daxil olan məlumata görə, kənddə, çadırda baş tutacaq el şənliyində Azərbaycanın xalq artistləri Nazpəri Dostəliyeva, Brilliant Dadaşova və yenicə barmağına adaxlı üzüyü taxan Azəri Günel eyni mikrofonu bölüşəcəklər. Kişi müğənnisi kimi isə daim şou-biznes gündəmindən uzaq gəzən qocaman toy müğənnisi Sakif Məmmədov üç xanım həmkarı ilə səhnəni bölüşəcək. Sənətçilərin şəxsi həyatları ilə maraqlananlara məlumdur ki, həm Nazpəri, həm də Günelin Brilliantla münasibətlərində çoxdan umu-küsü küləyi əsir. O da gizli deyil ki, sənətə gəldiyi gündən Güneli dəstəkləyən müğənnilər arasında xanım Dostəliyevanın adı birincilər sırasında çəkilir. Maraqlısı odur ki, iki mehriban dost, bir küsülü xanım müğənnilər səhnəni necə bölüşəcəklər? "Nə səbəbdən məclisi sona qədər idarə etməyə razılıq veriblər" sualı da az maraq doğurmur.
Suallara cavab vermək çətin olsa da, hər üçünün yaxşı qonorar müqabilində kənd toyuna getdiyini dəqiqləşdirmək elə də müşkül olmadı. Yəqin ki, kənd məclisində baş verəcək hadisələrin səs-sorağı paytaxta gəlib çatacaq.

Xəbər lenti

Xəbər lenti