...

Sarı rəngin sehrində alovlanan rəqqasə Nailə Dadaşova (FOTO)

Mədəniyyət Materials 7 Sentyabr 2011 19:53 (UTC +04:00)
Rənglərin insan həyatında mühüm rol oynadığı danılmazdır. Psixoloqlar iddia edirlər ki, əlvan rəngləri öz geyimlərində istifadə edənlər bilavasitə özlərini depressiyadan sığortalamış olurlar.
Sarı rəngin sehrində alovlanan rəqqasə Nailə Dadaşova (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Rənglərin insan həyatında mühüm rol oynadığı danılmazdır. Psixoloqlar iddia edirlər ki, əlvan rəngləri öz geyimlərində istifadə edənlər bilavasitə özlərini depressiyadan sığortalamış olurlar. Səhnə adamları isə bu işə daha həssas yanaşırlar.

İllərdən bəri oriental rəqqasə kimi tanınan Nailə Dadaşova Trend-ə açıqlamasında bildirdi ki, rəqs libaslarında rəng seçimində uyğunsuzluq yaranarsa, o, heç vaxt tamaşaçılara müsbət enerji ötürə bilməz. "Ağ, qırmızı, sarı rəngli səhnə libaslarım çoxluq təşkil edir. Hər rəngin özünəməxsus enerjisi var. Amma mən sarı rəngli oriental kostyumumda özümü sanki azad quş kimi hiss edirəm. Sehirli qüvvəsi var bu geyimimin. Sanki əynimdə olanda alovlanıram. Bir daha qeyd edirəm ki, rəqs paltarı və ən əsası onun hansı rəngdə olması çox önəmlidir. Şəxsən mən hansısa geyimimdən narazı şəkildə səhnəyə çıxsam, bunu dərhal hiss etdirirəm. Odur ki, qarderobumu əhval-ruhiyyəmə görə tez-tez təzələmək məcburiyyətində qalıram", - Dadaşova belə dedi.

Səhnədə çıxışı zamanı öz dünyasına qapılan rəqqasə, fikirlərinin əbəs yerə olmadığını bir daha təsdiqlədi. Müsbət enerji saçan Nailənin rəqsi zamanı çəkdiyimiz fotosessiyadan da bunu açıq-aydın görmək olar.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti