...

Allahın bu gününə min şükür - xalq artsti Zərnigar Ağakişiyeva (FOTO)

Mədəniyyət Materials 14 Sentyabr 2011 19:37 (UTC +04:00)
Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının tanınmış aktrisası Zərnigar Ağakişiyeva səhhətində yaranmış problemləri geridə qoyaraq, tam sağlamlığına qovuşub.
Allahın bu gününə min şükür - xalq artsti Zərnigar Ağakişiyeva (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının tanınmış aktrisası Zərnigar Ağakişiyeva səhhətində yaranmış problemləri geridə qoyaraq, tam sağlamlığına qovuşub. Trend-ə danışan aktrisa, ayaqüstə durmasının əsas səbəbi kimi illərin sınağından çıxmış pərəstişkarlarının onun üçün etdiyi duaların olduğunu söylədi.

"Allahın bu gününə min şükür. Artıq hər şey geridə qalıb. Demək olar ki, səhhətimdə hansısa problem yoxdur. Minlərlə pərəstişkarlarımın duaları Tanrı dərgahında qəbul oldu və mən yenidən yaşamaqdan zövq alıram. Tanıyıb-tanımamağımdan asılı olmayaraq, bütünlüklə tamaşaçı sevgisi ilə əhatə olunmuşam. Sizcə səhnə adamı üçün bundan böyük ikinci xoşbəxt ola bilərmi? Sevinirəm ki, qəlblərdə yaşayıram. Məni görən istənilən şəxs mütləq oynadığım hansısa rolumdan sitat gətirib sevgisini izhar edir. Demək ki, illərim hədər getməyib. Aktrisa kimi nələrəsə qadir olmuşam", - Zərnigar xanım fikirlərini belə tamamladı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti