Azərbaycan, Bakı, 15 may /Trend, müxbir T.Cəfərov/
İranda fars dili və ədəbiyyatı üzrə professor, fars dili qrammatikasını tərtib edən tanınmış azərbaycanlı ədəbiyyatçı Həsən Əhmədi Givi vəfat edib. Bu barədə Trend çərşənbə axşamı ISNA agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, Həsən Əhmədi Givi 80 yaşında vəfat edib. O, 1927-ci ildə Ərdəbil əyalətinin Givi şəhərində anadan olub. Professor 50-dən çox kitabın müəllifidir. O, həmçinin İranda türk dili qrammatikasını da tərtib edib.
Givi Fars dilində ən geniş yayılmış lüğətlərdən olan çoxcildli "Dehxuda" kitabının tərtibatçılarındandır.
Fars dili qrammatikasını tərtib edən azərbaycanlı ədəbiyyatçı vəfat edib
İranda fars dili və ədəbiyyatı üzrə professor, fars dili qrammatikasını tərtib edən tanınmış azərbaycanlı ədəbiyyatçı Həsən Əhmədi Givi vəfat edib.
