...

Azərbaycanlı bəstəkarın "In memoriam Kara Karayev" əsəri Macarıstanda ifa olunacaq

Mədəniyyət Materials 19 İyun 2012 19:49 (UTC +04:00)
İyunun 30-da Macarıstanın Sombateli şəhərində keçiriləcək konsertdə Vyana orkestrinin (Wienerklassik Orchester) ifasında azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın bəstələdiyi "In memoriam Kara Karayev" əsəri səslənəcək.
Azərbaycanlı bəstəkarın "In memoriam Kara Karayev" əsəri Macarıstanda ifa olunacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend/

İyunun 30-da Macarıstanın Sombateli şəhərində keçiriləcək konsertdə Vyana orkestrinin (Wienerklassik Orchester) ifasında azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın bəstələdiyi "In memoriam Kara Karayev" əsəri səslənəcək.

Azərbaycanın Macarıstandakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, böyük Azərbaycan bəstəkarının xatirəsinə həsr olunan bu əsər Sombateli şəhərindəki tarixi Hartberq qəsrində təşkil edilən "Rusiya Gecəsi" çərçivəsində ifa olunacaq.

Solo hissənin ifaçısı macar pianoçu Lorand Bosodidir. Dirijor isə avstriyalı Hermine Pakdır. Konsertdə Xədicə Zeynalovanın əsəri ilə yanaşı, dünyaca məşhur bəstəkarların əsərləri də səsləndiriləcək.

Bəstəkar Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının məzunu, Fridrix-Ebert Fondunun təqaüdçüsü, Paderborn Universitetinin doktorudur. İndiyə qədər Avropanın müxtəlif şəhərlərində keçirilən klassik musiqi konsertlərində onun bir sıra əsərləri musiqisevərlərə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti