...

Qubada yeraltı tikili tapılıb (FOTO)

Mədəniyyət Materials 9 Aprel 2013 14:50 (UTC +04:00)
Quba rayonunun mərkəzi küçələrindən biri olan Ərdəbil küçəsində tapılan yeraltı tikilidə araşdırma aparılmasına ehtiyac var. Trend-in məlumatına görə, təsadüf nəticəsində tapılan yeraltı tikili yerli sakinlərin marağına səbəb olub.
Qubada yeraltı tikili tapılıb (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Quba rayonunun mərkəzi küçələrindən biri olan Ərdəbil küçəsində tapılan yeraltı tikilidə araşdırma aparılmasına ehtiyac var. Trend-in məlumatına görə, təsadüf nəticəsində tapılan yeraltı tikili yerli sakinlərin marağına səbəb olub.

Yeraltı tikili Quba şəhər Cümə məscidinin yaxınlığında yerləşdiyinə görə, yerli sakinlər tikilinin məscidin mədrəsəsi olduğunu güman edirlər.

Yeraltı tikili tapıldığı zaman qədim əlyazmalarla yanaşı, tarixi sikkələr də tapılıb. Qeyd edək ki, yeraltı tikilinin ümumi sahəsi 70 kv metrə bərabərdir və tikilinin damı məscid günbəzini xatırladır.


Foto Rufiz Hafizoğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti