...

Azərbaycanlı qaçqın və məcburi köçkünlərdən bəhs edən fotosərginin açılışı olub

Mədəniyyət Materials 21 İyun 2013 18:35 (UTC +04:00)
Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Parisdəki ofisi Dünya Qaçqınlar Günü münasibətilə Filip Ratmerin azərbaycanlı qaçqın və məcburi köçkünlərdən bəhs edən fotosərgisinin açılış mərasimini keçirib.
Azərbaycanlı qaçqın və məcburi köçkünlərdən bəhs edən fotosərginin açılışı olub

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir S.Əhmədova/

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Parisdəki ofisi Dünya Qaçqınlar Günü münasibətilə Filip Ratmerin azərbaycanlı qaçqın və məcburi köçkünlərdən bəhs edən fotosərgisinin açılış mərasimini keçirib.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, "Yurda gedən beş yol" azərbaycanlı qaçqın və məcburi köçkünün davam etməkdə olan acınacaqlı vəziyyətinin Filip Ratmer tərəfindən araşdırılmasının nəticəsidir.

Sərgidə təqdim olunan 50 fotoşəkil ötən ilin iyul ayında məcburi köçkünlərin Ermənistan sərhədinə yaxın Taxtakörpü və Günzəli düşərgələrində və Bakının şimalında yerləşən Dərnəgül və Qızılqum düşərgələrində çəkilib.

İlk dəfə Berlində nümayiş olunmuş bu sərgi iyunun 23-dək Parisdə, daha sonra isə 2013-cü ilin sonunadək Brüssel, İstanbul və Bakıda təqdim ediləcək.

Sərginin açılışına çıxış edən "AAC Fransa"nın rəhbəri Eliza Piter Dağlıq Qarabağ münaqişəsinin bu qurbanlarının çəkdiyi əziyyətləri vurğulayıb. O bu insanların bir gün öz evlərinə qayıtdığını görmək arzusunda olduğunu deyib.

E.Piter Azərbaycandan olan qaçqınlar və məcbüri köçkünlərin ömürlərinin sonuna kimi evlərindən və torpaqlarından uzaq yaşamayacağına ümid etdiyini bildirib.

Öz növbəsində, Filip Ratmer bildirib ki, çəkdiyi şəkillərdə insanların üz cizgilərini göstərmək üçün onları qara fonda verib:

"Onların üzləri ağrı və əzabı ifadə edir, lakin bir gün işğal olunmuş rayonlara aparan beş yoldan - "Yurda gedən beş yol"dan biri ilə evə qayıtmaq ümidini də ifadə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti