Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
Bu il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 426 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, həmin müşahidəçilər 46 ölkəni təmsil edirlər.
Onun sözlərinə görə, MSK-da 3 mindən artıq yerli müşahidəçi, dairə seçki komissiyalarında isə 55 242 müşahidəçi qeydə alınıb.