...

“100 ilin əmanəti” adlı kitabın təqdimatı olub (FOTO)

Gündəm Materials 27 İyun 2018 19:17 (UTC +04:00)
Bu gün Lent.az saytı “Cümhuriyyətimiz” layihəsi çərçivəsində çap olunmuş yazılardan ibarət “100 ilin əmanəti” adlı kitabın təqdimatını keçirib.
“100 ilin əmanəti” adlı kitabın təqdimatı olub (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Lent.az saytı “Cümhuriyyətimiz” layihəsi çərçivəsində çap olunmuş yazılardan ibarət “100 ilin əmanəti” adlı kitabın təqdimatını keçirib.

Trend-in məlumatına görə, kitab Lent.az saytının 10 illik yubileyi ərəfəsində çap olunub.

Təqdimat mərasimində çıxış edən “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, sayt fəaliyyətə başlayanda onun davamlı olması ilə bağlı şübhələr var idi:

“Zaman keçdikcə Lent.az özünü doğrultdu. Sayt fəaliyyətə nisbətən yüngül mövzularla başladı. O zaman agentliklərin yaya bilmədiyi və ya yaymaq istəmədiyi mövzuları Lent.az-da verirdik. Bu gün isə saytın ən çox oxunan yazıları Dağlıq Qarabağ mövzusudur”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Llent.az Dağlıq Qarabağ problemini daim ön planda saxlayan saytlardan biridir:

“Sayt fəaliyyətə başlayandan bu mövzularla bağlı müxtəlif layihələr həyata keçirirdi. Lent.az azərbaycandilli saytın az olduğu zamanda gündəmə gəldi, qısa zamanda peşəkar əməkdaşlardan ibarət redaksiyaya çevrildi".

Millət vəkili Hikmət Babaoğlu isə deyib ki, Lent.az bu gün istehlakçıların marağını qarşılayan bir saytdır:

“Agentlik sadəcə informasiya istehsalı ilə məşğuldur, lakin informasiya istehlakçıları bəzən onda obrazlılıq, xüsusi keyfiyyət axtarır. Hesab edirəm ki, istehlakçının bu tələbini ödəmək üçün belə bir portalın yaradılması labüd idi. Lent.az bu ehtiyacı qarşılamış oldu”.

Sonda çıxış edən saytın baş redaktoru Qabil Abbasoğlu bildirib ki, oxucuların böyük bir hissəsi həm də saytın dostudur:

“Bu qədər dostumuz olduğuna görə fəxr edirik. Saytımızda hər zaman Azərbaycan dövlətinin maraqları əsas meyarlar olub. Bunlar vətəndaş borcu olaraq, heç bir təmənna güdmədən həyata keçirilmiş işlərdir. 10 il müddətində bizdən ən kiçik səhvimizə görə inciyən, bir hərf səhvinə görə əlaqə saxlayan oxucularımıza təşəkkür edirəm. Bura toplaşanların hamısı da Lent.az-ın dostlarıdır. Hamınıza Lent.az-dan daha güclü mətbuat arzu edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti