...

Bakı sakini tanışının evinə silahlı basqın etdi

Gündəm Materials 6 Avqust 2018 11:44 (UTC +04:00)
Bakıda evə basqın edilib.
Bakı sakini tanışının evinə silahlı basqın etdi

Bakı. Samir Əli - Trend:

Bakıda evə basqın edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Bakı şəhər sakini Rüstəmbəyov Bəkir Mustafa oğlu tanışı Çingiz Oveys oğlu Qaçayın paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib.

Bu məqsədlə o özü ilə gətirdiyi çəkiclə Ç.Qaçayın və evdə xadimə işləyən Hüseynova Mətanət Ağayar qızının təpə nayihəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin salamlığına təhlükə yaradıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti