...

Gürcüstandan gələn avtomobildə siqaret və spirtli içkilər aşkarlanıb

Gündəm Materials 3 Oktyabr 2019 12:25 (UTC +04:00)
"Opel Astra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Gürcüstandan gələn avtomobildə siqaret və spirtli içkilər aşkarlanıb

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Opel Astra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlə Göçmrük Komitəsindən Trend-ə bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Nəqliyyat vasitəsinin yoxlanması zamanı salonda oturacaqların içərisində və arxa yük bölməsində örtüyün altında gizlədilən 1800 ədəd "Marlbro Filter Plus" markalı siqaret və üzərində "Nemiroff Original" yazılan 4 ədəd 1 litrlik spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti