Bakı. Nərgiz Sadıxova - Trend:
Qazaxıstanın “Air Astana” aviaşirkətinin Nur-Sultan-Bakı reysi ilə uçan təyyarəsi Bakıya çatmamış Qazaxıstana geri dönməli olub.
Bu barədə Trend-ə aviaşirkətdən məlumat veriblər.
Qeyd olunub ki, bu, koronavirusla əlaqəli deyil və təyyarənin geri dönməsinə texniki nasazlıq səbəb olub:
“Nur-Sultan – Bakı reysi ilə uçuş həyata keçirən təyyarə qanadın buzlanmasının qarşısının alınması sistemindəki qüsurla əlaqədar geri, Nur-Sultana qayıtmalı olub”.
Şirkətdən onu da bildiriblər ki, eniş adi rejimdə baş tutub.