...

İtaliyanın 14 şəhərində istilərə görə təhlükəli vəziyyət elan olunub

Gündəm Materials 31 İyul 2020 20:06 (UTC +04:00)
İtaliyanın 14 şəhərində istilərə görə təhlükəli vəziyyət elan olunub

Bakı. Trend:

İtaliyanın səhiyyə nazirliyi ölkənin 14 şəhərində avqustun 1-də gözlənilən istilərlə əlaqədar ən yüksək dərəcəli (Qırmızı dərəcə) təhlükəli hava vəziyyəti elan edib.

Trend-in məlumatına görə, bu barədə qurumun saytında xəbər verilib.

Proqnozlarda termometr göstəricisinin Roma, Turin, Florensiya, Bolonya, Breshia və sair şəhərlərdə 40 dərəcəyə qədər qalxa bilməsi bildirilir.

Xatırladaq ki, isti havalar dalğası Fransa, İspaniya, Yunanıstan və Bolqarıstanda iyulun axır günlərində meşə yanğınlarına səbəb olub. İyulun 25-də Belçikada hava 40,6 dərəcəyə qədər istiləşdi və ölkədə havanın müşahidə tarixində rekord oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti