...

Psixoloji yardım mərkəzlərində mütəxəssislərin sayı artırılmalıdır

Gündəm Materials 4 Fevral 2021 12:50 (UTC +04:00)
Psixoloji yardım mərkəzlərində mütəxəssislərin sayı artırılmalıdır

Bakı. Samir Əli - Trend:

Vətən müharibəsi iştirakçılarının psixoloji problemlərinin aradan qaldırılması üçün psixoloji yardım mərkəzlərində mütəxəssislərin sayının artırılmasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov deyib.

O bildirib ki, iş həcminin artması əlavə psixiatr, klinik psixoloq və sosial işçi ştatına ehtiyac yaradır: "Bu mütəxəssislərin bir çoxu uşaq və yeniyetmələrə yardım göstərdiyi üçün onlar hərbçilərə yardım işinə cəlb edilə bilməz.

Kadr təminatından bəhs etdikdə regional psixoloji yardım mərkəzlərinə mütəxəssislərin qəbulunun necə həyata keçirilməsi məsələsi bizi narahat edir. Regionlarda ən azı 2-3 psixoloq fəaliyyət göstərməlidir. Heç kim üçün sirr deyil ki, Bakıdan fərqli olaraq regionlarda belə mütəxəssislərin çatışmazlığı ola bilər. Fikrimcə regional psixoloji yardım mərkəzlərində işləməyə razı olan psixoloqlar üçün magistratura pilləsində ödənişsiz əsaslarla klinik psixologiya yerlərinin təqdim edilməsi yolu ilə bu məsələni həll etmək olardı. Bununla onların işə cəlb edilməsi üçün əlavə stimul yaranacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti