...

İdman zalları da açılır

Gündəm Materials 25 May 2021 12:29 (UTC +04:00)
İdman zalları da açılır

Bakı. Trend:

İyunun 10-dan idman zalları da açılır.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində məlumat verilib.

Brifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib ki, Azərbaycanda təxminən 10 faiz əhali vaksinasiyadan keçib.

Onun sözlərinə görə, idman sağlamlıq mərkəzlərinə girişə COVİD pasportla icazə veriləcək: "COVİD pasportu olmayan şəxslər - yəni vaksinasiyadan keçməyən, yaxud yoluxub sağalmış insanlar hələlik idman sağlamlıq obyektlərindən istifadə edə bilməyəcəklər. Gələcəkdə COVİD passportu olan şəxslərin digər obyektlərə də girişi təmin ediləcək. Buraya konsertlər, teatrlar, kinoteatr, toy və digər şənliklər daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti