...

"Air Astana" Almatıdan Bakıya reysi təxirə salıb

Gündəm Materials 6 Yanvar 2022 14:26 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı-Bakı-Almatı marşrutu ilə yanvarın 6-a planlaşdırılmış reysi təxirə salıb.

Bu barədə Trend-ə Heydər Əliyyev Beynəlxalq Hava Limanından bildiriblər.

"Bugünədək avaişirkət hələlik bir reys təxirə salıb. Digər tarixlərdə reyslərin ləğvi ilə bağlı məlumatlar dəqiqləşdirilir", - deyə hava limanından bildiriblər.

Qeyd edək ki, Almatı-Bakı reysi saat 13:05-də eniş etməli, 14:05-də əks istiqamətdə uçuş həyata keçirməli idi.

Xatırladaq ki, Qazaxıstanda baş vermiş hadisələrlə əlaqədar Almatı, Aktau və Aktobe hava limanları bağlanıb.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti