...

DYP rəisinin düşdüyü qəza ilə bağlı cinayət işi açılıb

Gündəm Materials 15 Mart 2022 17:20 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Füzuli rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bildirilib ki, faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Belə ki, Novruz Orucovun idarə etdiyi “Mercedes” və İlqar Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, hadisə martın 13-ü saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobili idarən edən İ.Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti