...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 30 İyul 2022 16:43 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 994 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 340, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 241, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 249 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 816 323, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 563, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 770, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 337 654, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 336 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti