...

Avropa Komissiyası bu həftə Ukraynaya 5 milyard avro makromaliyyə yardımı təklif edəcək

Gündəm Materials 6 Sentyabr 2022 06:51 (UTC +04:00)
Avropa Komissiyası bu həftə Ukraynaya 5 milyard avro makromaliyyə yardımı təklif edəcək

Bakı. Trend:

Avropa Komissiyası bu həftə Ukraynaya daha 5 milyard avro makromaliyyə yardımı təklif edəcək.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen öz "Twitter" səhifəsində yazıb.

Xüsusilə Ursula fon der Leyen vurğulayıb ki, Ukraynadakı vəziyyət hələ də Avropa İttifaqından dəstək tələb edir.

"Bu gün təqdim etdiyimiz 10 milyard avroya əlavə olaraq, bu həftə əlavə 5 milyard avro makro-maliyyə yardımı təklif edəcəyik", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti