...

Azərbaycanın baş prokuroru Kamran Əliyev Gürcüstanda səfərdədir

Gündəm Materials 26 Sentyabr 2022 06:12 (UTC +04:00)
Azərbaycanın baş prokuroru Kamran Əliyev Gürcüstanda səfərdədir

Bakı. Trend:

Azərbaycanın baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik konfransında iştirak etmək üçün Gürcüstanda səfərdədir.

Trend xəbər verir ki, tədbir çərçivəsində Gürcüstanın baş prokuroru İrakli Şotadze və Kamran Əliyev arasında görüş olub.

Gürcüstan Baş Prokurorluğunda keçirilən görüşdə İrakli Şotadze iki ölkə arasında səmərəli hüquqi əməkdaşlığa görə Kamran Əliyevə təşəkkür edib.

Görüşdə tərəflər iki ölkə arasında cinayətkarlığa qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin aparılmasından söz açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti