...

IV və VI siniflərdə bəzi fənlər üzrə monitorinq keçiriləcək

Gündəm Materials 21 Aprel 2025 15:58 (UTC +04:00)
IV və VI siniflərdə bəzi fənlər üzrə monitorinq keçiriləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

May-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və riyaziyyat fənləri üzrə monitorinq keçiriləcək.

Trend xəbər verir ki, bu elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd IV və VI siniflərində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsidir.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti