...

Bərdədə qətl hadisəsi

Hadisə Materials 5 Oktyabr 2007 19:30 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend ,müxbir Ş.Cəliloğlu/ Bugün saat 17-00 radələrində Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.Belə ki,Xanlarov Babək Əlövsət oğlu,Ağdam rauonu köçkünü Əliyev Tariyel Avtandil oğlunu, qarın boşluğu nahiyəsində bir bıçaq xəsarəti yetirib.Yaralı qismində Bərdə rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən Əliyev,yarım saat sonra əməliyyat otağında keçinib.Faktla bağlı Bərdə rayon prokurorluğunda sinayət işi açılıb. Xanlarov rayon polis şöbəsinin əməkdaşları tərəfindən axtarışdadır.

Xəbər lenti

Xəbər lenti