...

Masazır yolunda "KaMAZ" minik avtomobili ilə toqquşub

Hadisə Materials 13 Aprel 2008 18:08 (UTC +04:00)
Masazır yolunda "KaMAZ" minik avtomobili ilə toqquşub

Azərbaycan, Bakı, 13 aprel / Trend / Bu gün Masazır yolunda yol-nəqliyyat hadisəsi baş verib. Trend agentliyinin "Xalq jurnalisti" layihəsi çərçivəsində verdiyi məlumata görə, "KaMAZ" markalı avtomobil "ZAZ" markalı minik maşını ilə toqquşub. Nəticədə minik avtomobildə olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yük avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

"Təcili yardım" maşını dərhal çağırılsa da, həkimlər hadisə yerinə yalnız yarımsaatdan sonra gəliblər. Trend -un verdiyi xəbərə görə, zərərçəkənlər xəstəxanaya aparılıb. Onların birinin vəziyyəti ağırdır.

Həmin vaxtadək Dövlət Yol Polisi əməkdaşları hadisə yerində görünmədilər.

Xəbər lenti

Xəbər lenti