...

Leysan yağışlar Azərbaycanın Oğuz rayonunun təsərrüfatına ciddi ziyan vurub - FHN

Hadisə Materials 8 Oktyabr 2009 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimal-qərbində yerləşən Oğuz rayonunda yağan leysan yağışlar rayonun təsərrüfatına ciddi ziyan vurub.

Trend -un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet saytında verilən məlumata görə, oktyabr ayının 7-dən 8-nə keçən gecə Oğuz rayonunda hava şəraiti kəskin dəyişib, leysan xarakterli yağışlar yağıb. Leysan yağışlar zamanı Oğuz şəhərində 1 evin arxa divarı tamamilə dağılıb, 1 körpü zədələnib, 1 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb, şəhərin enerji, qaz, rabitə və yol təsərrüfatlarına ziyan dəyib. Tələfat barədə məlumat verilmir. Hazırda aidiyyəti xidmətlər yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görür, yerlərdə dəymiş ziyan müəyyənləşdirilir.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti