...

Azərbaycan vətəndaşı Nijni Novqorodda xüsusi cəzaçəkmə kamerasında vəfat edib – mənbə

Hadisə Materials 12 Yanvar 2010 12:09 (UTC +04:00)
Rusiya Federasiyası ərazisində yaşama müddəti rejiminin pozulmasına görə həbs edilmiş Azərbaycan vətəndaşı hələ ki müəyyən edilməmiş səbəblərdən Nijni Novqorod əyaləti üzrə Baş Xarici İşlər İdarəsi (BXİİ) yanında xüsusi cəzaçəkmə kamerasında vəfat edib. Bu barədə çərşənbə axşamı əyalətin hüquq-mühafizə orqanlarındakı mənbə telefon vasitəsilə RİA Novosti-yə bildirib.
Azərbaycan vətəndaşı Nijni Novqorodda xüsusi cəzaçəkmə kamerasında vəfat edib – mənbə

Rusiya Federasiyası ərazisində yaşama müddəti rejiminin pozulmasına görə həbs edilmiş Azərbaycan vətəndaşı hələ ki müəyyən edilməmiş səbəblərdən Nijni Novqorod əyaləti üzrə Baş Xarici İşlər İdarəsi (BXİİ) yanında xüsusi cəzaçəkmə kamerasında vəfat edib. Bu barədə çərşənbə axşamı əyalətin hüquq-mühafizə orqanlarındakı mənbə telefon vasitəsilə RİA Novosti-yə bildirib.

Hadisə bazar ertəsi axşam baş verib. 

"1956-cı il təvəllüdlü Azərbaycan vətəndaşının qəfil ölümünün səbəbləri aydınlaşdırılır", - mənbə deyib.

RİA Novosti BXİİ nümayəndələrinin rəsmi şərhlərini hələ ki yaymır.

Xəbər lenti

Xəbər lenti