...

Azərbaycanın Gürcüstanla sərhədində zəlzələ baş verib

Hadisə Materials 26 Yanvar 2010 16:03 (UTC +04:00)
Azərbaycanın Gürcüstanla sərhədində bu gün günorta saatlarında zəlzələ olub.
Azərbaycanın Gürcüstanla sərhədində zəlzələ baş verib

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Gürcüstanla sərhədində bu gün günorta saatlarında zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin çərşənbə axşamı yaydığı məlumata görə, zəlzələ bu gün yerli vaxtla 14:27-də Qax rayonundan 20 km qərbdə, Gürcüstanla sərhəddə 12 ballıq MSK-64 cədvəli üzrə 3.0 bala qədər, Qax rayonunun özündə isə 2.0 bal intensivliyində hiss edilib.

Tələfat və tikililərdə dağıntılar yoxdur.

Xəbər lenti

Xəbər lenti