...

İranda aqua-parkda bədbəxt hadisə baş verib - 25 nəfər xəsarət alıb

Hadisə Materials 26 Mart 2010 14:21 (UTC +04:00)
İranın İsfahan şəhərindəki aqua-parkda bədbəxt hadisə baş verib - 25 nəfər xəsarət alıb.
İranda aqua-parkda bədbəxt hadisə baş verib  - 25 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir T.Cəfərov/

İranın İsfahan şəhərinin Şahinşəhər aqua-parkında bədbəxt hadisə baş verib. Ötən gecə aqua-parkdakı xizəklərin birində texniki nasazlıq yaranıb və hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Bu barədə Trend İranın İRİNN xəbər kanalının rəsmi saytına istinadən məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlardan 2-si ağır kəllə-beyin travması alıb, 6 nəfər ambulator müayinədən sonra evə buraxılıb; 17 nəfərdə isə müxtəlif sınıqlar qeydə alınıb ki, hazırda onlar xəstəxanada müalicə alırlar. Müalicə olunanların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Yaralananlardan 7 nəfəri əcnəbi vətəndaşdır. Onlardan 4 nəfərinin Suriya vətəndaşı olduğu bildirilir. Digər üç əcnəbi vətəndaşın hansı ölkədən olduğu açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti