...

Azərbaycanın təbii fəlakət zonasında daha bir nəfər xilas olunub - FHN

Hadisə Materials 14 May 2010 12:57 (UTC +04:00)
Azərbaycanın təbii fəlakət zonasında su basmış ərazilərdə köməksiz vəziyyətdə qalmış daha bir nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Azərbaycanın təbii fəlakət zonasında daha bir nəfər xilas olunub - FHN

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın təbii fəlakət zonasında su basmış ərazilərdə köməksiz vəziyyətdə qalmış daha bir nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Bu barədə nazirliyin internet-saytı cümə günü məlumat yayıb.

Ötən gün isə daha 37 nəfər xilas olunmuşdu.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Xəbər lenti

Xəbər lenti