Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda avtomobillərin hissələrini oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 9-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində, qəsəbə sakini Sərxan Cəfərova məxsus "VAZ-2107" markalı avtomaşından 3 ədəd təkəri sökülərək oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş "TOFAŞ" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Elsevər Məmmədov tutulub.
Avtomaşının yük yerinə baxış zamanı oradan Sumqayıt şəhər sakini Elməddin İsayevə məxsus "Mercedes" markalı avtomaşına aid olan dövlət nömrə nişanları aşkar edilib.
Araşdırmalar zamanı həmin dövlət nömrə nişanları Bakı şəhər sakini Elşən Abbasova məxsus "KİA" markalı avtomaşına aid olduğu, "TOFAŞ" markalı avtomaşının isə Mahmud Məlikova məxsus avtomaşın olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Bakıda avtomobillərin hissələrini oğurlayan şəxs tutulub