...

Azərbaycan polisi qanunsuz dövriyyədən 6 kiloqramdan artıq narkotik vasitə çıxarıb

Hadisə Materials 2 İyun 2012 13:43 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının mayın 30-da həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Şahin Soltanovdan külli miqdarda narkotik vasitə - 2 kiloqram 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşiş götürülüb.
Azərbaycan polisi qanunsuz dövriyyədən 6 kiloqramdan artıq narkotik vasitə çıxarıb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan polisinin keçirdiyi əməliyyat zamanı qanunsuz dövriyyədən 6 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının mayın 30-da həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Şahin Soltanovdan külli miqdarda narkotik vasitə - 2 kiloqram 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşiş götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, rayonun Şatırlı kənd sakini Fikrət Mirələmov qohumları Rahil Gülüşov, Şahin Gülüşov və şəxsiyyəti hələlik istintaqa məlum olmayan Məhərrəm adlı İran vətəndaşı ilə qabaqcadan cinayət əlaqəsinə girərək, satış məqsədilə külli miqdarda narkotik vasitə - 2 kiloqram 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşişi bu il mayın 29-da saxlamaq məqsədilə tanışı Şahin Soltanova verib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Rahil Gülüşov, Fikrət Mirələmov və Şahin Gülüşov yaxalanıb, hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq Fikrət Mirələmovun evindən 1 kiloqramdan artıq tiryək, Rahil Gülüşovun yaşadığı mənzildən isə 840 qram həşiş götürülüb.

Bu transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti