...

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, ölən və xəsarət alan var

Hadisə Materials 20 İyun 2012 14:32 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 37-ci kilometrliyində "KAMAZ" markalı 2 ədəd yük avtomobili toqquşub.
Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 37-ci kilometrliyində "KAMAZ" markalı 2 ədəd yük avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnib, sürücülərdən biri hadisə yerində ölüb, digər sürücü yaralanıb.

Yaralı xəstəxanaya aparılıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti