...

Türkiyədə partlayış baş verib, ölənlər var

Hadisə Materials 22 İyun 2012 17:01 (UTC +04:00)
Türkiyənin Əskişəhər şəhərindəki sexlərdən birində məlum olmayan səbəblərdən partlayış baş verib.
Türkiyədə partlayış baş verib, ölənlər var

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Əskişəhər şəhərindəki sexlərdən birində məlum olmayan səbəblərdən partlayış baş verib. Bu barədə Trend cümə günü "TRT Haber" telekanalına istinadən məlumat verir.

Partlayış nəticəsində üç nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.

Hadisə yerində yanğınsöndürənlər işləyirlər.

Partlayışın səbəbləri müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti