...

Bakıda "VAZ" avtomobillərinin qənimi tutuldu

Hadisə Materials 13 Aprel 2013 12:53 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nazim Əsgərov aprelin 12-də yaxalanıb.
Bakıda "VAZ" avtomobillərinin qənimi tutuldu

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda avtomobil oğurluğu ilə məşğulolan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nazim Əsgərov aprelin 12-də yaxalanıb.

Araşdırma zamanı müəyyən edilib ki, o, yanvarın 9-na keçən gecə Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsində yaşayan Elvin Bağırova məxsus "VAZ-2106" markalı avtomobildən açar seçmə yolu ilə sənədlər oğurlayıb və Ərrəhman İmaməliyevə məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb. Bundan başqa, fevralın 1-nə keçən gecə Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində yaşayan Qvadin Bayramova məxsus "VAZ-2107" markalı və V.Quliyev küçəsində yaşayan Fuad Baxışova məxsus "VAZ-2103" markalı avtomobilləri qaçırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti