...

Şəkidə zəlzələ baş verib

Hadisə Materials 19 Aprel 2013 02:54 (UTC +04:00)
Şəkidə cümə gününə keçən gecə 4.5 bal gücündə zəlzələ baş verib.
Şəkidə zəlzələ baş verib

Azərbaycan, Bakı, 19 aprel /Trend /

Şəkidə cümə gününə keçən gecə 4.5 bal gücündə zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla 01:38-də Şəki şəhərindən 11 km cənubda zəlzələ qeydə alınıb.

Zəlzələ Şəkidə 3 bal və Zaqatala, Qax, Oğuz rayonlarında 3 bala qədər hiss olunub.

Tikillərdə dağıntı yoxdur.

Xəbər lenti

Xəbər lenti