...

Əfqanıstanda bazanın atəşə tutulması nəticəsində 4 ABŞ hərbçisi həlak olub

Hadisə Materials 19 İyun 2013 07:54 (UTC +04:00)
Əfqanıstanda Baqram hərbi bazasına hücum nəticəsində 4 ABŞ hərbçisi həlak olub.
Əfqanıstanda bazanın atəşə tutulması nəticəsində 4 ABŞ hərbçisi həlak olub

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Əfqanıstanda Baqram hərbi bazasına hücum nəticəsində 4 ABŞ hərbçisi həlak olub. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verir.

Mənbə bildirib ki, ehtimala görə, Baqram aviabazası raket və minaatanlardan atəşə məruz qalıb.

Hadisənin arxasında kimin dayandığı hələ məlum deyil.

Xəbər lenti

Xəbər lenti